Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni lobbisinin əlində oyuncağa çevrilən Senat -ÖZƏL

Erməni lobbisinin əlində oyuncağa çevrilən Senat


ATƏT-in Misnk qrupundakı fəaaliyyəti dövründən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib Ermənistanın maraqlarından çıxış edən Fransa bu gün də öz ənənəsinə sadiq qalır. Xüsusilə, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun işğal altında olan əraziləri düşmən azad edərək bölgədə yeni reallıq yaratması Parisi ciddi şəkildə narahat edir. Həm İkinci Qarabağ müharibəsi günləri, həm də ondan sonrakı dövrdə Fransanın Azərbaycana qarşı düşmən mövqedən çıxış etməsini açıq şəkildə müşahidə etmişik. Bütün bunlar onu deməyə əsas verir ki, münaqişənin tənzimlənməsi missiyasını həyata keçirməyi qarşısına vəzifə qoyan bir təşkilatda təmsil olunan Fransa elə özü Cənubi Qafqazda yenidən münaqişənin alovlanmasında maraqlıdır və buna ciddi cəhdlə çalışır. Elə Fransa Senatının bu günlərdə Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə də belə deməyə əsas verir.

Milli Məclisin deputatı Emin Hacıyev da bu qənaətdədir. Newscenter.az-a verdiyi açıqlamada bildirib ki, Fransa ciddi cəhdlə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına əngəl olmağa çalışır. Onun sözlərinə görə, erməni lobbisinin əlində oyuncağa çevirilən Senatın bu addımı isə Fransanın Azərbaycana qarşı açıq düşmənçilik mövqeyi tutduğunu bir daha sübut edir:

“ATƏT-in Misnk qrupunun həmsədri olduğu 30 ilə yaxın müddətdə Azərbaycan torpaqlarının işğalına göz yuman, Xocalı soqırımı kimi tarixin dəhşətli faciəsini görməzdən gələn, şəhər və rayonlarımızın talan edilməsini, tarixi-dini abidələrimizin dağıdılmasını heçə sayan Fransa öz bitərəf mövqeyini çoxdan itirib”.

Deputat qeyd edib ki, bu baxımdan, Fransa qeyri-ciddi imici və riyakarlığı ilə təkcə Qafqazda yox, bütün türk dünyasında, eləcə də beynəlxalq aləmdə nüfuzuna ciddi zərbə vurur.

R.Mehdiyeva
Xəbəri paylaş