Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan münaqişəni yenidən alovlandırmaq istəyir -ÖZƏL

Ermənistan münaqişəni yenidən alovlandırmaq istəyir


Qarabağdakı Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdəki qeyri-qanuni erməni silahlı birləşmələrinin təxribatları artıq sistemli xarakter alıb. Son bir həftədə demək olar ki, hər gün Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması sərhəddə növbəti gərginliyin yaşanacağını qaçılmaz edir. Rusiya sülhmıramlılarının qeyri-qanuni erməni silahlı birləşmələrinin təxribatlarına göz yumması isə Azərbaycanı adekvat tədbirlər görmək məcburriyətində qoyur. Elə hərbi ekspert Ədalət Verdiyev də bu qənaətdədir.

Newscenter.az-a verdiyi açıqlamada Ədalət Verdiyev deyib ki, hər gün baş verən təxribatlar və ordumuzun mövqelərinin atəşə tutulması Azərbaycanın səbr kasasını daşırır:

"Göründüyü kimi Azərbaycanın səbr kasasını daşımaq və onsuz da çox həssas olan atəşkəs rejimini təkrar alovlandırmaq üçün əllərindən gələni edirlər. Bu prosesdə həm Ermənistan rəhbərliyi, həm də separatçı rejim məsuliyyət daşıyır".

Ədalət Verdiyev hesab edir ki, artan təxribatlara stimul verən amillərdən biri də Fransa Senatının qəbul etdiyi son qətnamədir.

Anar Əliyev
Xəbəri paylaş