Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fars-molla rejimi Türk Dünyasının, islam əxlaqının və fəlsəfi təfəkkürünün düşmənidir

Fars-molla rejimi Türk Dünyasının, islam əxlaqının və fəlsəfi təfəkkürünün düşmənidir


Fars-molla rejimi Türk Dünyasının, islam əxlaqının və fəlsəfi təfəkkürünün düşmənidir. Bu rejimlərin yeganə məqsədi öncə "çağdaşlıq", 1979-cu ildən sonra isə "islam inqilabı" pərdəsi altında türklərin təfəkkürünə mutant ideologiyalar yamamaqla, regionun gerçək sahibi olan böyük bir millətin ayrı-ayrı coğrafiyalarda yaşayan topluluqlarını bir-birinə qarşı qoymaqdan ibarət olub və fars mollakratizmi özünün qeyri-insanı düşüncəsindən, əxlaqından, xəstə eqoizmindən doğan geosiyasi mutasiya strategiyasını davam etdirməkdədir.

Bu fikirləri Newscenter.az-a hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, İran rejimi Ermənistan və təcavüzkar ölkə ilə eyni məzmun daşıyan şər qüvvələr istisna olmaqla, bütün sivil və tərəqqipərvər dünyanın, bəşəri mədəniyyətin, ali insani duyğuların düşmənidir:

"Dünyanın bütün naqislikləri, insanlığa xas olmayan bütün neqativ, şeytani cizgilər bu dəhşətli rejimin bətnində gizlənir. Fars rejimi öz qısır bətnindən istər mənəvi, istərsə də coğrafi anlamda islam böyüklükdə din və fəlsəfi dünyagörüşü doğa bilmədiyi üçün türk dünyasına sonsuz nifrət bəsləyir. İslamın bətnində qara yaraya çevrilən fars-molla hakimiyyətinin Azərbaycana qarşı yaxın qonşuluqdan, ortaq tarixi, mədəni və dini dəyərlərdən çıxış edərək, ittihamlar səsləndirməsi sadəcə gülüş doğurur".

Əli İbrahimov qeyd edib ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında islam abidələri ermənilər tərəfindən darmadağın olunub, Tanrıya ibadətə çağırış üçün nəzərdə tutulan minarələr uçurulub:

"Bütün ömürlərini Allaha ibadətlə keçirən, islama İranın əksər ruhanilərindən daha çox və qəlbən bağlı olan müsəlmanların məzarları bir ovuc kafir tərəfindən viran qoyulub. Bəs hanı sizin müsəlman təəssübkeşliyiniz? Hanı sizin qeyrətiniz? Axı baş yarmaq, zəncir vurmaq, sinə döymək və gözdən zorla bir-iki damla yaş çıxarmaq islam təəssübkeşliyi deyil!".

Anar Əliyev
Xəbəri paylaş