Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrandan cənub rayonlarımıza ərazi iddiası-FOTOFAKT -ÖZƏL

İrandan cənub rayonlarımıza ərazi iddiası-FOTOFAKT


İran açıq-aşkar Azərbaycana qarşı ərazi iddiaları ortaya qoyur. Bu günlərdə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfirliyi qarşısında etiraz aksiyası keçirən molla rejiminin nümayəndələri Azərbaycanın Lənkəran, Astara, Masallı, Lerik rayonlarının İrana birləşdirilməsi tələbini irəli sürüblər.

Məsələ ilə bağlı Newscenter.az-a açıqlama verən konfliktoloq Elman Vəliyev deyib ki, bu açıq-aşkar Azərbaycana qarşı ərazi iddiasıdır. Elman Vəliyev hesab edir ki, İran əvvəldən Azərbaycan torpaqlarına göz dikmişdi:

"Ancaq tərəflər arasında diplomatik əlaqələr nizamlı idi. İndi iki tərəf arasında bir konflikt yaratdılar. Bu konflikti müharibə ilə əvəzləməyə çalışırlar".

Konfliktoloq onu da deyib ki, İranın parçalanması planı aktivləşib:

"Bunu da Azərbaycanın əli ilə etmək istəyirlər. Ancaq bacardığımız qədər dəngə politikamızı qorumalıyıq".



Anar Əliyev
Xəbəri paylaş