Cənub qonşumuz İranın Azərbaycan əleyhinə həyata keçirdiyi fəaliyyətlər cəmiyyətdə birmənalı olaraq ciddi etiraza səbəb olub. Siyasi mövqeyindən asılı olmayaraq hər kəs Tehranın antiAzərbaycan siyasətinə qarşı öz kıskin etirazını ifadə edir.
Yeni Azərbaycan Partiyasının üzvü Aslan İsayev Newscenter.az-a-a bildirib ki, İran İslam Respublikasının qonşu olaraq Azərbaycana qarşı riyakar davranışıarı davam etməkdədir. Onun sözlərinə görə, 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək veriərək etibarsız qonşu olduğunu nümayiş etdirir:
"Qarabağ münaqişəsinin bitməsindən sonra iki ölkə arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyir, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni edir".
Hakim partiya rəsmisi qeyd edib ki, İranın riyakar hərəkəti İslam dəyərlərinə qarşı xainlikdən başqa cür qiymətləndirmək olmur:
"İranın din xadimlərin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi islamın əxlaq kodeksinə zidd olan əməldir. Bundan başqa, açıq təxribatlar və gücə təhrik göstərir. İran İslam Respublikası Azərbaycan sərhədinə qoşun yığır, hərbi təlim keçmək adı ilə hədə-qorxu gəlir. Riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur".
Anar