“Türkiyəni qorxutmaq, mövcud vəziyyəti və hədəflərindən uzaqlasdirmaq, Türk dünyası ilə bağlı atılan addımları yavaşlatmaq məqsədi ilə İstanbulun Taksim bölgəsində baş verən iyrənc terror aksiyasına Azərbaycanin verdiyi reaksiya bizləri olduqca qürurlandırdı”.
Bu fikirləri Newscenter.az-a Anka Turk Birliyinin sədri, Zəfər Partiyasının mərkəzi İdarə Heyətinin üzvü Dr.Derya Akdemir səsləndirib. Onun sözlərinə görə, bir daha əmin olduq ki, biz gerçəkdən də Ulu öndər Heydər Əliyevin dediyi kimi bir millət, iki dövlətik:
“Bir daha əmin olduq ki, Türkiyənin qurucusu Ulu Mustafa Kamal Atatürkün dediyi kimi Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”.
Derya Akdemir onu da diqqətə çatdırıb ki, Türkiyənin hüquq-mühafizə orqanları kifayət qədər ayıq-sayıqdırlar və anoloji halların yaşanmaması üçün ciddi fəaliyyətdədirlər:
“Türkiyənin hüquq mühafizə orqanları, güc strukturlari kifayət qədər ayıq sayıqdırlar və bir daha əli qanlı terror təşkilatı mənsublarının bu olkəni qarışdırmasına icazə verməyəcəklər. Bundan əmin ola bilərsiniz”.
Anar Əliyev