Nəhayət ki, uzun müzakirələrdən sonra İsraildə Azərbaycan səfirliyinin açılması qərarlaşdırıldı. Belə ki, Milli Məclisin noyabrın 18-də keçirilən iclasında İsraildə Azərbaycan səfirliyinin açılması barədə qanun layihəsi müzakirə edilib. Parlament həmçinin, Fələstində də təmsilçilik ofisinin açılmasını müzakirə edib.
Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, həm İsrail, həm Fələstinlə ən üst səviyyədə diplomatik münasibətlərin inkişafı və tarazlığın qorunması doğru addımdır.
Onun sözlərinə görə, illərdir çox güzəştli yanaşırdıq ki, qonşunun bir şeylər xətrinə dəyməsin:
"Qanmadınlz. Gedib Qafanda oturdunuz ki, bəs sizə buradan yol verməyəcəyik, bəs din qardaşınız olan ermənilər namusunuzdur, bayrağınızın yaşıl xəttidir. Siz gedib məsciddə donuz saxlayanlarla donuz ətinin kababını çəkəndə bilməliydiniz ki, bizim də donuz əti yeməyənlərlə süfrəmizi bölüşməyimizə qatlanacaqsınız. Millətimizin ən böyük düşməni ermənidən də çox iransifətlərdir. Həm o tayda, həm də bu taydakı iransifətlər".
Anar