Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentdən qəti xəbərdarlıq

Prezidentdən qəti xəbərdarlıq


Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən deyib: “Ermənistan, əslində, istədiyini açıq şəkildə elan edir”.

“Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib”, – Prezident bildirib.

Prezident açıq şəkildə söyləyib ki, rəsmi Bakı Qarabağda yaşayan ermənilərlə danışmağa hazırdır, lakin bu, rusların planına uyğun deyil. Yəni indiki məqamda Rusiya ermənilərlə təmasa mane olur. Belə ki, Rusiya separatçı-terrorçu rejimi açıq şəkildə müdafiə edir. Hazırda isə separatçıların lideri Arayik Arutyunyanı Ruben Vardanyan ilə əvəzləməyi düşünür. Düzdür, “Vardanyan layihəsi”nin əsas məqsədi tam başqa olsa da, birinci mərhələdə onun separatçıların lideri postuna gətirilməsi də istisna deyil.

Bakı bu və ya başqa formada separatçı-terrorçu rejimi “erməni əhalisinin nümayəndəsi” kimi qəbul etmir. Arayik və ya Vardanyan – kim olur, olsun, Bakı belə bir danışığa getməyəcək.

Prezidentin Vardanyan məsələsini Aİ elçisini qəbul edərkən dilə gətirməsi isə birbaşa Kremlə mesajdır: “Vardanyan planı”na imkan verməyəcəyik!

Azərbaycan dövləti Qarabağdakı ermənilərin hüquqları mövzusunu Vardanyanla və ya Nikol Paşinyanla deyil, məhz elə Qarabağ erməniləri ilə təmasları davam etdirməklə müzakirə etməkdə maraqlıdır.

Qarabağda yaşamaq istəyən ermənilər Azərbaycan qanunlarını qəbul etməlidir, əks halda bölgəni tərk etməli olacaqlar. İndiki məqamda ölkə başçısı Qarabağ erməniləri ilə dialoqun başlandığını deyir. Bu, mürəkkəb proses olacaq. Bakı heç bir halda qarşı tərəfə güzəştə getməməlidir, getməyəcək də.

Turan Rzayev-politoloq
Xəbəri paylaş