Azərbaycan bir qayda olaraq bütün yaxın-uzaq ölkələrlə qarşılıqlı faydalı əməkdaşlığa üstünlük verir. Həm bu, həm də rəsmi Bakının etibarlı tərəfdaş olması Azərbaycana olan marağının getdikcə artmasına səbəb olur. Xüsusilə bu maraq son illərdə Avropa qitəsində daha çox özünü büruzə verir ki, bu da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rola malik olması ilə bağlıdır. Elə bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniyaya dövlət səfərinə dəvət edilməsi də rəsmi Bakıya verilən dəyər, göstərilən diqqətdən irəli gəlirdi.
Hazırda Azərbaycanla Albaniya arasında yüksək səviyyəli əməkdaşlıq mühitinin mövcud olduğunu vurğulayan iqtisad elmləri doktoru, professor Qənimət Səfərov Newscenter.az-a bildirib ki, Azərbaycan prezidentinin bu ölkəyə səfəri ikitərəfli münasibətləri daha da inkişaf etdirmiş olacaq:
“Prezident İlham Əliyevin Albaniyaya səfəri əməkdaşlığın daha da dərinləşməsinə töhfə verəcək, dövrün çağırışlarına cavab olaraq dövlətlərarası inkişafa müsbət təsirini göstərəcəkdir”.
Anar Əliyev