Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Strateji səviyyədə yeni bir mərhələnin başlanğıcı -ÖZƏL

Strateji səviyyədə yeni bir mərhələnin başlanğıcı


İsraildə Azərbaycan səfirliyinin açılması təkcə iki ölkə arasında ikitərəfli münasibətlərin, diplomatik əlaqələrin inkişafı baxımından əhəmiyyətli deyil, eyni zamanda qlobal miqyasda Azərbaycan maraqlarının qorunması, müdafiə edilməsi yöndən önəmlidir. Xüsusilə, yəhudi lobbisinin Azərbaycana, onun maraqlarının təmin olunmasına dəstəyi bu sırada öndə gəlir. Elə əksər ekspertlər də bu qənaətdədirlər.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy Newscenter.az-a bildirib ki, Azərbaycanın İsraildə səfirlik açması iki ülkə münasibətlərində sadəcə diplomatik deyil, həm də strateji səviyyədə yeni bir mərhələnin başlanğıcıdır. Onun sözlərinə görə, bu addımı Türkiyə-İsrail münasibətlərinin normallaşması və Azərbaycan -ABŞ münasibətlərinin gələcəyi baxımından düşünməkdə də fayda var:

"Bu addım həm də erməni lobbisi ilə qlobal mübarizədə də yeni bir strateji həmlə mənasını daşıyır".

Anar Əliyev
Xəbəri paylaş