Rusiya sülhməramlı qüvvələri Laçın dəhlizinə alternativ çəkilmiş yola bilərəkdən tam ciddi nəzarət etmir. Nəticədə bu yolla separatçıların silahlanmasına göz yumularaq prosesə dəstək verir.
Bu fikirləri Newscenter.az-a Ana Vətən Partiyasının sədrinin Beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, bundan əlavə məhz Moskava gərginliyi artırmaq üçün erməni əsilli rus milyarder Ruben Vardanyanı Qarabağa göndərir:
"Franasa isə ən son olaraq senat vasitəsi ilə qərəzli bir qətnamə qəbul edib. Hansı ki, qətnamənin müddəlarını oxuyanda onun Fransa Senatında yox, Ermənistan parlamentində qəbul olunduğu fikiri formalaşır".
AVP rəsmisi deyib ki, İran isə öz sərhədlərindən xəbəri olmadığı halda Ermənistanın sərhədlərinin dərdini çəkir, qırmızı xəttimizdir deyir:
"Bu azmış kimi hərbi təlimlər edib ölkəmizə hədə qorxu gəlir, bunun da alınmadığını görüb Qafanda mərasim evinə oxşayan bir konsulluq açaraq nəyəsə nail olmağa çalışır. Ancaq bütün bu addımlar bizi öz yolumuzdan döndərə bilməz və biz çox qətiyyətliyik".
Anar Əliyev