Azərbaycan Respublikasının İrandakı fövqəladə və səlahiyyətli səfirliyini təhlükə gözləyir. Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə əslən Güney Azərbaycanın Sulduz vilayətindən olan Rəhim Sulduzlu çıxış edib.
Saytımıza açıqlamasında Rəhim Sulduzlu bildirib ki, bu günlərdə Azərbaycanın Tehrandakı səfirliyi qarşısında İran rejiminin etiraz aksiyası təşkil etməsi təsadüfi deyil və qarşıda diplomatik nümayəndəliyə qarşı daha aqressiv addımlar atıla bilər:
"İran rejimi bu kimi addımlarla diqqəti daxildəki etirazlardan ayırmaq və xarici düşmən axtarışına çıxmağı hədəfləyib. Ancaq hesab edirəm ki, bu rejimin növbəti yalnış addımıdır".
Rəhim Sulduzlu müvafiq qurumların adekvat addımlar atmasını zəruri sayıb:
"Tehrandakı Səfirliyimizi təhlükə gözləyir. İnanıram ki, dövlətimiz lazımı tədbirləri alacaq".
Anar Əliyev