Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP çox böyük şərəfli və uğurlu yol keçib -ÖZƏL

YAP çox böyük şərəfli və uğurlu yol keçib


Təkcə Azərbaycanın deyil, ümumilikdə regionun ən böyük və güclü siyasi təsisatı sayılan Yeni Azərbaycan Partiyasının yaranmasının 30 ili tamam olur. 30 ilin böyük bir hissəsini iqtidar partiyası kimi fəaliyyət göstərən YAP bu gün də hakim partiya kimi ölkənin ictimai-siyasi həyatında, idarəçiliyində xüsusi rol oynayır.

Hakim partiyanın üzvü Akşin Əliyev YAP-ın təsis olunmasının 30 illiyi ərəfəsində partiyanın fəaliyyəti, cəmiyyətdəki roluna diqqət çəkərək bildirib ki, Yeni Azərbaycan Partiyası çox böyük şərəfli və uğurlu yol keçib.

Newscenter.az-a verdiyi açıqlamada hakim partiya üzvü bildirib ki, Azərbaycanın yeni tarixində mühüm siyasi əhəmiyyəti olan hadisələr arasında Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi yer tutur:

"Bu partiyanın yaranması respublikamızın müasir tarixinin ən yaddaqalan hadisələrindəndir. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər".

Akşin Əliyev deyib ki, bu siyasi təşkilatın yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi.

Anar Əliyev
Xəbəri paylaş