Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bərdədə qanunsuz tikililərə qarşı mübarizə gücləndiriləcək

Bərdədə qanunsuz tikililərə qarşı mübarizə gücləndiriləcək


Bərdə rayon İcra Hakimiyyətində qanunsuz tikililərə qarşı mübarizə ilə əlaqədar tədbir keçirilib.

Newscenter.az-a Rayon Icra Hakimiyyətindən bildirilib ki, tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi İlqar Sadıqov, rayon Polis şöbəsinin rəisi Ənvər Həsənov, sahə müvəkkilləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri iştirak ediblər.

Tədbirdə qanunsuz tikililərin qarşısının qətiyyətlə alınması ilə bağlı müvafiq tapşırıqlar verilmiş, hər bir qurum üzrə kadrların məsuliyyəti yüksəldilib.

Anar Əliyev
Xəbəri paylaş