Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli İnsanov Prezident İlham Əliyevi təbrik etdi

Əli İnsanov Prezident İlham Əliyevi təbrik etdi


Haqq Ədalət Partiyasının sədri Əli İnsanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Yeni Azərbaycan Partiyasının 30 illik yubileyi ilə bağlı təbrik edib.

Partiyadan Newscenter.az-a daxil olan təbrik məktubunda qeyd edilir:

"Lideri olduğunuz Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illik yubileyi münasibətilə Haqq Ədalət Partiyası adından Sizi və Yeni Azərbaycan Partiyasının bütün üzvlərini ürəkdən təbrik edirəm. Yeni Azərbaycan Partiyasının qurucusu, Azərbaycan Xalqının Lideri prezident Heydər Əliyevin əziz xatirəsini bu gün böyük hörmət və ehtiramla yad edir, insanların şüurunda buraxdığı izləri və qəlblərdə yaşatdığı sevgini qürurla xəyalımda canlandırıram".

Əli İnsanov daha sonra qeyd edir ki, Prezident Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının Qızıl Fondu adlandırdığı məşhur 91-ləri ehtiramla yada salır, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyir, qalanları isə bu Yubiley Bayramı münasibətilə ən xoş duyğularla təbrik etməyi özümə borc bilirəm:

"Cənab Prezident!. Sizin, Azərbaycanın şanlı Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi 44 günlük Vətən savaşında tarixi zəfəriniz, uzun illərin Qarabağ problemini həll edə bilməyiniz xalqımızı sevindirdi və xalqın unudulmaz Lideri Heydər Əliyevin ruhunu şad etdi.

Sizi bir daha Yeni Azərbaycan Partiyasının yubileyi münasibətilə təbrik edir, Sizə möhkəm can sağlığı, ailə xoşbəxtliyi, ölkəmizin firavanlığı və Xalqımızın xoşbəxtliyi uğrunda bütün sahələrdə apardığınız işlərdə uğurlar arzulayıram".

Anar Əliyev
Xəbəri paylaş