"İranda rejimin dəyişdirilməsi an məsələsidir. Bu ölkədə xalqların azadlıq hərəkatı artıq silahlı üsyan mərhələsinə qədəm qoydu deyə bilərik".
Newscenter.az xəbər verir ki, bu fikirləri tarixçi Rəfail Eminov səsləndirib. O bildirib ki, Təbriz və Güney Azərbaycan şəhərləri bizim apardığımız təbliğata baxmayaraq birdən-birə alışaraq bu mübarizədə üsyanların episentrinə keçid edir:
"Biz və güneyli ayıq qardaşlarımız xalqı sakit dayanmağa, tarixdən nəticə çıxarmağa, rejimin aqressiyasını hələ öz üzərinə çəkməməyə onun gücünün digər şəhərlərdə zəiflədilməsinə müşahidə etməyə çağırırdıq. Çünkü İranın ən böyük xalqı azərbaycanlılardır. İnqilab beşiyi Təbrizdir. Rejim bunu gözəl bildiyindən burada daha aqressiv hərəkət edəcəyi gözlənəndir. Amma xalqımız orada daha dözə bilməyib aktiv surətdə etirazların önünə atıldılar".
Tarixçi qeyd edib ki, artıq burada xalqımızın bütün təbəqələrin birliyi son dərəcə lazımlı olacaq:
"Bütün türk dünyası xalqımıza açıq, hər tərəfli yardım və köməklik etməlidir. Onları orada yalnız buraxmaq qətiyyən olmaz. Biz eyni xalqıq və vətənimiz də Azərbaycandır! Biz bu məsələyə kənar xalq və dövlət kimi baxa bilmərik. Türkiyə xüsusilə çox aktiv olmalıdır. Artıq ölüm-dirim savaşı başlanmışdır. Bu gedişlə 21 Azər günü Cənubi Azərbaycanın İstiqlaliyyəti elan olunacaq və mühacir hökümət Təbrizdə öz yerini alaraq seçki və referendum keçirərək müstəqillik bəyannaməsini elan edəcək. Bu mübarizə artıq silahlı mübarizə mərhələsinə qədəm qoyacaq".
Anar Əliyev