Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın Azərbaycana olan düşmənçiliyi də onun qəsbkarlıq və işğalçılıq siyasətindən qaynaqlanır

İranın Azərbaycana olan düşmənçiliyi də onun qəsbkarlıq və işğalçılıq siyasətindən qaynaqlanır


Şanlı Zəfərimizdən sonra Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, regionda sabitliyin bərqərar olunmasına mühüm töhfələr verir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatının yeni beynəlxalq güc mərkəzi kimi ortaya çıxması, türk dünyasının daha sıx şəkildə bir araya gəlməsi təəssüflər olsun ki, bu sırada bəzi xristian qərb dövlətləri ilə yanaşı, adını islam respublikası qoyan cənub qonşumuz İran da yer alıb.

Son dövrlər İranın Azərbaycana qarşı qərəzli münasibəti, ölkəmizə qarşı təhdidləri və İslamın düşməni olan Ermənistanla münasibətlərini daha da sıxlaşdırması ciddi suallar doğurur.

İrandan ölkəmizə qarşı ünvanlanan təxribat xarakterli bəyanatların müəllifləri qismində bu ölkənin ayrı-ayrı siyasətçiləri, generalları və ayətullahları çıxış edir. Özlərini dünya müsəlmanlarının təəssübkeşi kimi qələmə verən İran rəhbərləri Ermənistandan Xocalı soyqırımının, işğal olunmuş Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasının, minlərlə müsəlmanların qətlə yetirilməsinin haqq-hesabını tələb etmək əvəzinə, görürük ki, İran daxilində Azərbaycana hərbi müdaxilə üçün ictimai rəy formalaşdırılır, Azərbaycanda dini qüvvələrin siyasiləşdirilməsi istiqamətində iş aparılır.

Əlbəttə ki, riyakarlıq və yalançılıq xətti İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında yer tutur.

Şanlı qələbəmizdən sonrakı dövrdə baş verə hadisələrə münasibətindən də görünür ki, İran tarixi torpaqlarımız olan Qarabağın Azərbaycanın tərkibində olmasında heç zaman maraqlı olmayıb. Bu isə İranın bizə olan açıq riyakar siyasətini bir daha ortaya qoyur.

Son günlər dövlət təhlükəsizlik orqanları tərəfindən İran rejiminə xidmət edən terrorçuların zərərsizləşdirilməsi isə bir daha sübut etdi ki, İran Azərbaycanda dini və milli düşmənçilik yaymaq, dini tolerantlığı pozaraq gərginlik yaratmaq niyyətindədir. İranın Azərbaycanda terror aktı törətmək istəyinin ifşa olunması bir daha onu göstərir ki, İran sözdə bizə dost desə də, faktiki olaraq bu münasibətlərdə səmimi deyil.

Tarixə nəzər saldıqda görə bilərik ki, yaxın və orta şərq coğrafiyasında mövcud bütün münaqişələrdə İranın adı keçir.
Bu gün İranın Azərbaycana olan düşmənçiliyi də onun qəsbkarlıq və işğalçılıq siyasətindən qaynaqlanır. İran parlamentinin deputatlarının son bəyanatı işğalçılıq‚ təxribat və terorizmə çağırışdır. İran rejimi adını islam respublikası qoysa da‚ islamla heçbir əlaqəsi yoxdur və batil inanca sahib olan terrorist‚ işğalçı və şər qüvvədir.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin də qeyd etdiyi kimi, “Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”.

Son günlər İranda yaşayan soyadaşlarımız tərəfindən verilən mesajlar, dünya azərbaycanlılarının Lideri olan cənab İlham Əliyevə açıq dəstəyi, ayrı düşsək də, ruhumuzun, ideyamızın bir olduğunu bir daha təcavüzkar İran dövlətinə bildirir.

Xaliq Hüseynov
YAP Nəsimi rayon təşkilatının İƏPT sədri
Xəbəri paylaş