Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın siyasi və dini dairələri Azərbaycanda edə bilmədiklərini Gürcüstanda həyata keçirməyə çalışırlar

İranın siyasi və dini dairələri Azərbaycanda edə bilmədiklərini Gürcüstanda həyata keçirməyə çalışırlar


Azərbaycanda İran təbliğatının, tərəfdar qruplarının və casus şəbəkəsinin fəaliyyəti getdikcə məhdudlaşdırılarkən, qonşu Gürcüstanda vəziyyət fərqlidir. Gürcüstan hakimiyyəti İranın dini təbliğatına sanki loyal yanaşır, bunun qarşısını almaq üçün gərəkli addımlar atmır.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, İranın müxtəlif fondları Gürcüstanda rahat fəaliyyət göstərir və azərbaycanlılar arasında təbliğatı gücləndirmək imkanına malikdirlər:

"İranın siyasi və dini dairələri Azərbaycanda edə bilmədiklərini Gürcüstanda həyata keçirməyə çalışırlar. Gürcüstan hakimiyyəti ya təhlükənin miqyasını anlamır, ya da ölkə müsəlmanları arasında məzhəb qarşıdurmasını gücləndirməklə proseslərə daha rahat nəzarət edəcəyini düşünür".

Anar Əliyev
Xəbəri paylaş