Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfərə gedib.
Newscenter.az xəbər verir ki, səfərdə məqsəd 20 noyabr 2022-ci il tarixində Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərində müşahidəçi qismində iştirak etməkdir.
Səfər çərçivəsində MSK sədrinin Astanada Qazaxıstan Respublikasının Mərkəzi Seçki Komissiyasının sədri Nurlan Abdirovla görüşü keçirilib.
Anar Əliyev