Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 34 yeni yoluxma faktı qeydə alınıb, 52 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Newscenter.az-a verilən məlumata görə, analiz nəticələri müsbət çıxan 3 nəfər ölüb.
İndiyədək ölkədə ümumilikdə 823 923 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 421 nəfər müalicə olunaraq sağalıb, hazırda 230 aktiv xəstə var. Bu günə qədər 9 972 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 084, bu günə qədər isə ümumilikdə 7 355 336 test icra olunub.
Sevinc