Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tatarıstanda VIII Ümumrusiya Elmi və İlahiyyat Konfransı keçirilib

Tatarıstanda VIII Ümumrusiya Elmi və İlahiyyat Konfransı keçirilib


Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində "Son sovet dövrü (1970-1980) SSRİ-də İslam və müsəlmanlar" mövzusunda VIII Ümumrusiya Elmi və İlahiyyat Konfransı keçirilib.

Newscenter.az xəbər verir ki, Tatarıstan Respublikası Quran və Sünnə Tədqiqatları Mərkəzi, Tatarıstan Respublikası Müsəlmanları Ruhani İdarəsinin və “Rusiya –İslam dünyası” Strateji Baxış Qrupunun birgə təşkilatçılığı ilə baş tutan konfransda Azərbaycan da təmsil olunub.

Konfransda iştirak edən AMEA-nın Şərqşünaslıq İnstitutu, Şərq-Qərb şöbəsinin müdiri, şərqşünas-islamşünas, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı "Sovet dövründə Azərbaycanda İslam dini" mövzusunda məruzə ilə çıxış edib. O, müstəqillik illərindən əvvəl Azərbaycanda din sahəsindəki vəziyyət, o zaman mövcud olan problemlər və s. barədə konfrans içtirakçılarını məlumatlandırıb.

NEWSCENTER.AZ
Xəbəri paylaş