Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətən müharibəsində Azərbaycanın dostu, düşməni tanındı

Vətən müharibəsində Azərbaycanın dostu, düşməni tanındı


Azərbaycan İsraildə öz səfirliyini təsis edəcək. Təbrik etmək olar, iki dövlətin diplomatiyasını. Bununla bağlı Milli Məclis bu gün "Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv ş. ri) Səfirliyinin təsis edilməsi haqqında" qanunu ilk oxunuşdan və müzakirədən sonra, təsdiq edib.

Newscenter.az xəbər verir ki, bu fikirləri İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay səsləndirib. O qeyd edib ki, səfirliyin açılması ilə bağlı həmin sənədi MM-ə Prezident İlham Əliyev göndərib:

"İsrail dövləti, Azərbaycanın Dövlət Müstəqilliyi yaranışının ilk dövründən Azərbaycanın yaxın tərəfdaşı, dostu, dəstəkçisi olub. Azərbaycanın hər zaman regional təhlükəsizliyində və eynilə də 44 günlük Vətən müharibəsində dəstək və yardımçısı olub, haqq səsinə səmimi səs verib. Azərbaycan da təbii ki, dostluğa sadiq olaraq, bir sıra ciddi məsələlərdə İsrailin yanında olub".

İlqar Altay hesab edir ki, artıq səfirliklər səviyyəsində bundan sonrakı əlaqə və münasibətlər yeni mərhələdə daha dərin, geniş strateji formada davam edər:

"Bu 30 illik ağır, təlatümlü müstəqillik dövrü və həm Vətən müharibəsində Azərbaycanın artıq dostu, düşməni tanındı. Uyğun da addım atılır. Və indiki qlobal və regional mürəkkəb şəraitdə etibarlı tərəfdaş dost dövlətlərlə birliik vacibdir".

Anar Əliyev
Xəbəri paylaş