Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP mütəşəkkil siyasi qüvvə kimi özünü təsdiq etdi

YAP mütəşəkkil siyasi qüvvə kimi özünü təsdiq etdi


Azərbaycanın siyasi həyatında Yeni Azərbaycan Partiyasının müstəsna rolu vardır. Yaranmasının 30-cu ildönümü qeyd etdiyimiz YAP özünün tarixi missiyasına uyğun olaraq cəmiyyətimizdə ümumxalq partiyası statusunu qazanıb. Partiyanın yarandığı dövrdə ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Belə bir şəraitdə 91 nəfər ziyalı yeni yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli Lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-dən çox nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi.

Bu cəsarətli addımlar nəticəsində həmin dövrdə Azərbaycanda dağıdıcı proseslərin qarşısı alındı. Əgər həmin dövrdə Azərbaycanda bu qərar qəbul edilməsə, Ulu Öndər yenidən hakimiyyətə gəlməsə Azərbaycan qısa vaxtda çox ağır duruma düşə bilərdi. Bir tərəfdən daxili qarşıdurmalar, digər tərəfdən etnik separatçılıq meylləri ölkəni uçuruma aparırdı. Belə bir vəziyyətin qarşısını yalnız Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti ala bilərdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi nəticəsində cəmiyyətimizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasını qısa zamanda inkişaf etdi, Onun özünün dediyi kimi “dünənin, bu günün və sabahın partiyası” adını qazanaraq qısa müddətdə bölgənin ən güclü partiyalarından birinə çevrildi.

Yarandıqdan cəmi 7 ay sonra hakim partiyaya çevrilən Yeni Azərbaycan Partiyası fəaliyyətinin ilk günündən özünə aydın vəzifələr müəyyənləşdirdi. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqil dövlət quruculuğunda əldə olunan uğurlar, Azərbaycanın dünya birliyində mövqeyinin möhkəmlənməsi Yeni Azərbaycan Partiyasının xalq arasındakı nüfuzunu getdikcə artırdı. Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.

Bu gün də bu uğurlu siyasət ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən davam etdirilərək, xalqımızın inamını daha da gücləndirir. Artıq YAP nəinki regionda, dünyada nüfuzlu bir siyasi təşkilat kimi tanınır. Yeni Azərbaycan Partiyasının 2021-ci il martın 5-də keçirilən VII qurultayı isə istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. Belə ki qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının tərkibi təsdiq edilib, yeni tərkibli Gənclər Birliyi formalaşdırılıb.

Öz gücünü Heydər Əliyev ideyalarından alan Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin liderliyi ilə bundan sonra da qələbələr partiyası statusunu qoruyacaq və yeni-yeni nailiyyətlərə imza atacaq.

Samir Ağayev
YAP Biləsuvar rayon təşkilatının əməkdaşı.
Xəbəri paylaş