Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdam Cənubi Qafqazın ən müasir şəhərlərindən biri kimi yenidən dirçəlməkdədir

Ağdam Cənubi Qafqazın ən müasir şəhərlərindən biri kimi yenidən dirçəlməkdədir


"1993-cü ildə işğal zamanı 6 mindən çox şəhidin həyatını, 5 minə yaxın insanın sağlamlığını itirdiyi Ağdam, düzgün hərbi-siyasi strategiyanın məntiqi yekunu olaraq bir güllə atmadan geri alındı. Daha doğrusu Prezident İlham Əliyevin qətiyyəti və ordunun gücü hesabına erməni Ağdamı rüsvayçı formada boşaltmağı kapitulyasiyanın şərtlərindən biri kimi qəbul etməyə məcbur oldu. Beləliklə, Ağdamın işğaldan azad olunması yalnız hərbi qələbə yox, həm də böyük siyasi nailiyyət kimi qiymətləndirilməlidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. O bildirib ki, Qarabağın ən böyük yaşayış məskənlərindən biri olmuş, lakin, işğal dönəmində yerlə yeksan edilmiş Ağdam 30 il ruhlar şəhəri olub:

"Erməninin bu qədim Azərbaycan yurduna yeganə töhfəsi 100 mindən çox mina olub, daha dəqiq desək, havadarlarının dəstəyi fonunda Ermənistanın dövlət səviyyəsində dəstəklədiyi müharibə cinayətlərinin nəticəsi olaraq Ağdam və ətraf ərazilər 27 il ərzində fasiləsiz minalanıb. Ən dəhşətlisi isə daşa-divara qənim kəsilən Ermənistanın urbisid əməlləri ekosidlə müşayət olunub və nəticədə yaşıllıqlar şəhəri Ağdamda flora və fauna demək olar ki, məhv edilib. 27 il daşı-daş üstünə qoymayan Ermənistandan fərqli olaraq bu torpaqların əsl sahibi kimi Ağdamı yenidən inşa etməkdədir. Bildiyiniz kimi, işğala son qoyulmasından cəmi 6 ay sonra elə Ağdamda şəhərin baş planı prezident İlham Əliyevə təqdim olunub. Bu ilin avqustunda isə Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair baş planı təsdiq edilib. Beləliklə, Ağdam Cənubi Qafqazın ən müasir, ən insanyönümlü şəhərlərindən biri və bəlkə də birincisi kimi yenidən dirçəlməkdədir. Bu həftə qəbul edilən “İşğaldan azad olunmuş ərazilərə böyük Qayıdışa dair dövlət Proqramı" isə Ağdam başda olmaqla işğaldan azad olunmuş ərazilərimizin dirçəlişində cənab İlham Əliyevin nə qədər qərarlı, qətiyyətli olduğunu dünyaya nümayiş etdirdi. Azadlığın mübarək, Ağdam!".

Anar Əliyev
Xəbəri paylaş