Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə İsrailin müdafiə naziri Benni Qantz arasında telefon danışığı olub.
Newscenter.az Reporta istinadən xəbər verir ki, İsrailin Müdafiə Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Qeyd olunub ki, tərəflər iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
İsrailli nazir rəsmi Bakının Təl-Əvivdə səfirlik açmaq qərarına görə general-polkovnik Z.Həsənov təşəkkür edib.