Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

G20 zirvəsindəki Bayden-Ərdoğan görüşü ciddi razılaşmalarla yekunlaşıb

G20 zirvəsindəki Bayden-Ərdoğan görüşü ciddi razılaşmalarla yekunlaşıb


"Qardaş Türkiyə Cümhuriyyəti bu gecə eyni anda İraqın və Suriyanın şimalında kürd terrorçularına qarşı çoxdan planlaşdırılan hərbi əməliyyatlara başlayıb. Hər iki istiqamətdə terrorçuların məskunlaşdıqları bütün dayaq məntəqələri bombardman edilir".

Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şükürlünün qənaətincə, diqqətçəkən haldır ki, Türkiyə Silahlı Qüvvələri Rusiyanın Suriyadakı məsuliyyət zonasına daxil olmadan, hava məkanını pozmadan və yüksək peşəkarlıqla bu əməliyyatları həyata keçirir:

"ABŞ, Rusiya və İran tərəfindən hələlik hər hansı açıqlama verilməyib. Xüsusilə də belə əməliyyatlardan öncədən məlumatlı olan amerikalıların bu saatlaradək susqunluğu onu deməyə əsas verir ki, G20 zirvəsindəki Bayden-Ərdoğan görüşü ciddi razılaşmalarla yekunlaşıb. Türkiyə Müdafiə Nazirliyinin ilk rəsmi açıqlaması isə belədir: "Alçaqlardan xain hücumlarının hesabı soruşulur". Allah qardaş Türkiyədən köməyini əsirgəməsin!".

Anar Əliyev
Xəbəri paylaş