Bu günlərdə cəmiyyəti Qarabağ ətrafında gedən söz-söhbətlərdən daha çox İrandakı proseslər maraqlandırır. Hətta vəziyyət o həddə çatıb ki, Fransa senatının 295 leyhinə, 1 nəfər əleyhinə olmaqla Qarabağı respublika kimi tanımaq, Azərbaycana sanksiya tətbiq etmək kimi qərarları televiziyalarımızın heç vecinə də olmadı. Təkrar-təkrar Fransanı söyüb, Fransız xoruzunu elə fransızların öz qoltuğuna verib demədilər ki, yalançı elə sizi fransızski ilan vursun, biz cahil adamlar da dostumuzu-düşmənimizi yaxşı tanıyaq. Hələ ki, biz cəmiyyət olaraq televiziyalarımızın hava proqnozunu təqdim edərkən, Təbriz, o tay, Cənub haqqında şeirlərini dinləməklə orqazm oluruq. Çünki onların ali məqsədi İranı dövlət kimi parçalamaq, bu parçalar üzərində Cənubi Azərbaycanı bərqərar etməkdir. Nə gözəl! Çox pakizə, əhsən, xeyli xub!
Amma gedişat onu göstərir ki, heç nə cəmiyyətimizin istədiyi kimi olmayacaq...
Ötən yazımızda da yazmışdıq, ya İranda hakimiyyət dəyişikliyi baş verəcək, ya İran kənarda özünə düşmən tapacaq, ya da elə ilk olaraq bəhanə ilə Azərbaycandan üzr istəyib, Azərbaycanla vəziyyəti düzəldəcək (https://m.facebook.com/story.php?story_fbid=6273939402621732&id=100000172025895&mibextid=Nif5oz) Artıq dediklərimiz yavaş-yavaş təsdiqini tapmağa başlayıb. İlk olaraq İran Ali Dini Lideri Ayətullah Xameneinin müşaviri Əli Əkbər Vilayəti, - "son həftələrdə bəziləri məlumatsızlıqdan, bəziləri isə bədniyyətlilikdən İranın Azərbaycan Respublikası ilə vuruşmaq istədiyi barədə şayiələr yaydılar. Bu, İrana qarşı ən alçaq böhtandır. İranın istər Qafqazda, istərsə də başqa yerdə heç bir ölkəyə, qonşularına, xüsusən də eyni irqdən, dildən, dindən, məzhəbdən, adət-ənənədən, tarixdən olan insanlara, yəni Azərbaycan Respublikası xalqına hücum etmək planı yoxdur. Azərbaycan gözümüzün işığıdır" - deyib.
Yuxarıda deyilənlərə diqqət yetirsək, görərik ki, İranın Azərbaycanla münasibətləri düzəltmək cəhdləri bizim "İran Azərbaycanla münasibətləri düzəltmək üçün bəhanə tapacaq və buna çalışacaq" yazımızı təsdiqləyir...
Bu açıqlamanın ardından isə İranın məkrli planı da ortaya çıxıb. Deməli, İran öz agentura şəbəkəsi vasitəsilə bəzi qruplaşmalara silah paylayıb və məqsəd həmin qruplaşmalar vasitəsilə dinc əhaliyə divan tutub, molla rejimi ən yaxşı idarəedicidir fikrini xalqa aşılamaqdır. İndi gəlin Vilayətinin açıqlamasından sonra yayılan xəbərə diqqət yetirək: "Əhaliyə silah paylanılmasından sonra İran ordusu İran Kürdüstanının paytaxtı Mehabad şəhərinə hücum edib. Şəhər uğrunda qanlı döyüşlər gedir".
Deməli, İran artıq kənardakı düşməni tapmaq adı ilə ölkədə aksiya keçirənləri məhv etməyə çalışır. Beləliklə, nəzərinizə çatdıraq ki, İran haqqında verdiyimiz iki proqnozun ikisi də özünü doğrultdu.
İndi sual oluna bilər ki,
İran dağılacaqmı?
Bu sualın konkret cavabı ondan ibarətdir ki, başda Amerika olmaqla Qərb ölkələri İranın dağılmasını istəyirlər. İranda baş verənlərə diqqət yetirdikdə artıq prosesin başladığını görürük. İranın dağılması kimə xeyir, kimə ziyandır sualına gəlincə isə bildirmək istəyirik ki, bundan ən çox Türkiyə və Azərbaycan ziyan çəkəcək. Ona görə Türkiyə və Azərbaycan hökumətləri İranın dağılmasında maraqlı olmamalıdırlar. Çünki İranın dağılması gələcəkdə hər iki ölkəyə təhdid yaradacaq Kürdüstan dövlətini ortaya çıxara bilər.
Düzdür xalq Cənubi Azərbaycan həsrəti ilə alışıb-yanır. İndi Təbrizə aid şeirlər daha populyardır. Ancaq dövlət xalqın arzu və istəklərini yerinə yetirməklə mükəlləf deyil, xalqa daha gözəl gələcək bəxş etmək vəzifəsini və məsuliyyətini daşıyır. Bu prizmadan yanaşsaq Azərbaycan dövləti, həmçinin Türkiyə İranda rejimin dəyişməsində daha maraqlı olmalıdırlar. Əgər İranda milli hökumət qurulsa və insanlara azadlıq verilsə, həmçinin Azərbaycanla dostluq və əməkdaşlıq edən bir qüvvə hakimiyyətə gələcəksə, onda İranın dağılmamasına göz yummaq olar. Yox əgər, İranda yenə hakimiyyətə eyni ideologiyanın adamları gələcəksə, Kürdüstan problemi olsa belə İranın dağılması şərt olacaq. Gəlin, İrandakı proseslərin necə davam edəcəyini gözləyək!
Bu ara bu gün Futbol üzrə Dünya Çempionatına da start verildi. Saat 20:00-da başlayan çempionat bir ay davam edəcək. Futbol çempionatından sonra isə İranın taleyinə aydınlıq gələcək. İndi isə rahatlıqla futbolu izləyin və yaşamaqdan zövq alın!
Elmar Hüseynov