Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda zəlzələ olub

Qazaxıstanda zəlzələ olub


Qazaxıstanın Seysmik Stansiyalar şəbəkəsi bazar günü yerli vaxtla saat 09:21-də (Bakı vaxtı ilə 07:21) ölkənin cənubunda 5,7 bal gücündə zəlzələ qeydə alıb.

Newscenter.az-ın məlumatına görə, "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

"Zəlzələnin episentri Almatıdan 273 km şimal-şərqdə yerləşib. Yeraltı təkanlar 5,7 maqnitudada olub", - məlumatda deyilir.

Seysmoloqların bildirdiyinə görə, iki-üç bal gücündə (MSK-64 şkalası üzrə) zəlzələ Taldıkorqan şəhərində, Kapal-Arasan kəndində üç bal gücündə hiss olunub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
Xəbəri paylaş