Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qusarda ağır yol qəzası olub, ölən və yaralanan var

Qusarda ağır yol qəzası olub, ölən və yaralanan var


Qusar rayonunda avtomobil qəzası baş verib.

Newscenter.az xəbər verir ki, “Report”un Şimal bürosunun məlumatına görə, rayonun Əvəcuq kəndində "Vaz-2107" və "Tucson" markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində 1 nəfər - 1993-cü il təvəllüdlü Kamil Tofik oğlu Ədilxanov ölüb.

Eyni zamanda rayon sakini - 1995-ci il təvəllüdlü Tural Tərlan oğlu Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

K.Ədilxanovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.
Xəbəri paylaş