Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Bu gün Yeni Azərbaycan Partiyası ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini verir.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov səsləndirib. Deputat qeyd edib ki,
Yeni Azərbaycan Partiyası bundan sonra da Azərbaycanın tarixində, ictimai-siyasi həyatında öz nüfuzunu və mövqeyini qoruyaraq ölkəmizin inkişafına öz ciddi töhfəsini verəcək:
"Ulu Öndər Heydər Əliyevin dediyi kimi: “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.
Əziz siyasi həmfikirlər! Hər birinizi, Yeni Azərbaycan Partiyasının 30 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, müstəqilliyimizin güclənməsi, qələbəmizin möhkəmlənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayıram".
Anar