Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb-MÜDAFİƏ NAZİRLİYİNDƏN TƏKZİB

Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb-MÜDAFİƏ NAZİRLİYİNDƏN TƏKZİB


"Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb".

Newscenter.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 20-si saat 21:00-da Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.

Mehman
Xəbəri paylaş