“Fransa bu addımla bir daha sübut etdi ki, keçdiyimiz 30 il ərzində ATƏT-in Minsk qrupunda Qarabag məsələsinin həll olunmamasının əsas səbəbkarə onların özləri olub. Senatın belə bir sənəd qəbul etməsi onların özlərinin milli maraqlarına ziddir”.
Bu fikirləri Newscenter.az-a Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov səsləndirib. Onun sözlərinə görə, Azərbaycanı bu addımlarla heç kim haqq yolundan döndərə bilməz:
“Fransa ilk öncə öz keçmiş qara tarixinə nəzər salmalıdır. Bir milyon yarım Əlcəzair xalqına qarşı soyqırım törətmiş bir ölkənin çıxardığı bu qərar bizim üçün bir kağız parçasından başqa bir şey deyil”.
Anar Əliyev