"Türk dövləti və ordusu separatçı terror təşkilatının kökünü qurutmaq üçün bundan sonra daha əzm və qətiyyətlə mübarizə aparacaq2.
Bu fikirləri Newscenter.az-a Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Partiya sədri deyib ki, terrorçular mülki əhalini hədəf alan xain hücumun bədəlini inşAllah ən ağır şəkildə ödəyəcəklər.
Partiya sədri daha sonra bunları qeyd edib:
Qardaş Türkiyənin Qaziantep vilayətinə xain terror (raket) hücumu nəticəsində insan tələfatının baş verməsi xəbərini böyük bir üzüntü içində qarşıladıq.
Separatçı terror təşkilatı PKK və PYD-YPG tərəfindən həyata keçirilən raket hücumunda həyatını itirən insanlara Allahdan rəhmət, ailələrinə başsağlığı və səbr, yaralananlara isə şəfa diləyirik. Terrorçuları isə bir daha lənətləyirik!
Biz Türkiyənin yanındayıq!"