"İran dövləti əsrlərlə bizim qonşumuzdur. Bizi İranla bağlayan bir çox amillər var. Bu amillərin başında xüsusi olaraq soydaşlarımız və itirilmiş torpaqlarımız olub. Hansı ki, yüz minlərlə ailələri iki yerə bölərək, on milyonlarla insanlara, həsrət dolu, böyük faciələrə səbəb olan həyat və tarix yaşadılıb. Bütün bunlar az imiş kimi, son dönəmlərdə, İran rəsmi qaydada və bir çox rəsmi dairələrinin diliylə, bizə qarşı təhdidlər və düşmənçilik mövqeyi sərgiləməyə başladı".
Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O bildirib ki, indi isə İran Ali dini liderinin müşaviri tamamilə tutduqları əməllərinə və son dönəm siyasətlərini təkzib edən bəyanatlarla çıxış edir:
"Bu qədər tezliklə səslənən yumşaldıcı bəyanatın arxasında, ciddi səbəblər olmalıdır. Bu ya siyasi naşılıqdan qaynaqlanır, ya da ölkə daxilindəki çaxnaşmalardan qaynaqlanan vəziyyətin daha ciddi hal almasından. Xüsusilə də Cənubi Azərbaycanda baş verən hadisələr İranı daha çox ehtiyyatlı davranmağa məcbur edir".
Ekspert deyib ki. iki il bundan əvvəl, Bakıda Türkiyə prezidenti Ərdoğanın "Araz" şeirindən, İranın nə üçün bu qədər narahat olmasının səbəbi indi daha aydın görünür:
"Sərhəddımizə yaxın ərazilərində keçirdikləri iki hərbi təlim, sayın Ərdoğanın bir şeiri qədər qorxulu olmadı".
Anar Əliyev