Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daşkənddə "Heydər Əliyev və Özbəkistan" adlı beynəlxalq konfrans keçiriləcək -ÖZƏL

Daşkənddə "Heydər Əliyev və Özbəkistan" adlı beynəlxalq konfrans keçiriləcək


2023-cü ilin Azərbaycanda "Heydər Əliyev İli" elan olunması ilə əlaqədar olaraq təkcə ölkəmizdə deyil, eləcə də ondan kənarda da müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Dünyanın əksər ölkələri kimi Özbəkistanda da "Heydər Əliyev İli" ilə bağlı gələn il silsilə tədbirlər keçiriləcək.

Newscenter.az-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, belə tədbirlərdən biri paytaxt Daşkənddə təşkil olunacaq. Samir Abbasov “Heydər Əliyev və Özbəkistan” adlı beynəlxalq konfransın keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.

"Daşkənddə hər iki ölkənin dövlət və hökumət nümayəndələri, millət vəkilləri, elm, mədəniyyət, ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Heydər Əliyev və Özbəkistan” beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub".

Anar Əliyev
Xəbəri paylaş