44 günlük Vətən müharibəsinin başa çatmasını özündə ehtiva edən üçtərəfli bəyanatın imzalanmasından 2 ildən artıq vaxt keçsə də, lakin hələ də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması qeyri-mümkün olaraq qalır. Ötən müddət ərzində hər iki ölkənin liderlərinin Moskva və Brüsselin təşəbbüsü ilə keçirdiyi görüşlər də Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması üçün ciddi zəmin yaratmayıb. Buna başlıca səbəb isə Ermənistan tərəfindin sülhdən yayınmasıdır. Elə Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə bu qənaətdədir.
Newscenter.az-a verdiyi açıqlamada partiya rəsmisi bildirib ki, məhz Ermənistan Azərbaycanın münasibətləri normallaşdırmaq üçün atdığı addımlara qarşı çıxır, əks mövqe sərgiləyir, 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən yayınmaq istəyib desturiktiv mövqedən çıxış edir:
"Ermənistanın baş naziri Nikol Paşiniyan istər Soçidə, istərsə də Praqada Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədə imza atıb".
Pərviz Mirizadə hesab edir ki, Ermənistan rəsmilərinin son bəyanatları, Rusiyanın “status” məsələsini gündəlikdə saxlamaq cəhdləri, rəsmi Tehranın “Ermənistanın təhlükəsizliyi- İranın təhlükəsizliyidir” yanaşmasını irəli sürməsi ilin sonuna qədər sülh sazişinin imzalanma perspektivlərinə təhlükə yaradır.
Mehman