Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransa özünü müstəmləkəçi kimi aparır-AYHAN DƏMİRÇİ -ÖZƏL

Fransa özünü müstəmləkəçi kimi aparır-AYHAN DƏMİRÇİ


Bir neçə gün əvvəl Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi biabırçı qətnamənin digər Avropa ölkələri üçün də president olma ehtimalı var. Xüsusilə, Avropanın siyasi paytaxtı sayılan Belçikanın, Avropa Birliyinin anoloji addım atacağı barədə əndişələr mövcuddur. Bəs, görəsən Avropanın digər ölkələri də Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərmi?

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi bunu istisna edir. Cəmiyyət sədri Newscenter.az-a verdiyi açıqlamada bildirib ki, Avropa Birliyinin belə bir addım atacağı barədə hər hansı bilgilər yoxdur:

“Əgər Avropa Birliyində bu istiqamətdə hansısa bir fəaliyyətlər olsaydı bundan bizim xəbərimiz olardı. Hələlik, belə bir xoşagəlməz hal yoxdur. Bu Fransanın öz qərarıdır. Çünki Fransadan fərqli olaraq bir çox Avropa ölkəsi Azərbaycandan neft və qaz alır. Ona görə də digər Avropa ölkələrinin Azərbaycanla bağlı qərəzli qərarlar qəbul edəcəyi istisna edilir”.

Ayhan Dəmirçi onu da deyib ki, Fransa neft və qazı daha çox Afrika və ərəb ölkələrindən aldığı üçün Azərbaycana qarşı belə bir mövqe nümayiş etdirir:

“Digər tərəfdən Fransada ciddi bir sayda erməni yaşayır və bu yolla onları sevindirməyə çalışırlar. Hesab edirəm ki, Fransa dövləti nə etdiyinin fərqində deyil. Günümüzdə hələ də Fransa özünü müstəmləkəçi kimi aparır”.

Mehman
Xəbəri paylaş