Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Iran etirazları silah gücünə yatırmaq əməliyyatlarına başladı -ÖZƏL

Iran etirazları silah gücünə yatırmaq əməliyyatlarına başladı


İran rejimi ölkə boyu mövcud hakimiyyətə qarşı etiraza qalxan xalqın qarşısını ciddi güc tətbiq etməklə almaq qərarına gəlib. Bu günə qədər rejim yalnız müəyyən qüvvələr, eləcə də polis və İnqilab Keşikçiləri Qüvvələrindən istifadə etməklə aksiyaların qarşısını almağa çalışırdısa, bu gündən etibarən İslam Respublikasının bütün güc strukturları aksiyaların qarşısının alınmasına cəlb edilib.

İranda cərəyan edən prosesləri yaxından izləyən tarixçi Rəfail Eminov da Newscenter.az-a bildirib ki, İran bütün ölkə boyu yayılmış etiraz və iğtişaşları silah gücünə yatırmaq əməliyyatlarına başlayıb. O bildirib ki,əməliyyatlar ilkin mərhələdə etnik kürdlərin etiraza qalxdığı şəhərlərdə həyata keçirilir:

"Burada sözün həqiqi mənasında qan su yerinə axır".

Rəfail Eminov qeyd edib ki, əməliyyatlara başlayana qədər isə İran Türk dövlətlərinin neytallığına nail olmağa çalışıb.

Anar Əliyev
Xəbəri paylaş