Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İrandakı molla rejimi Azərbaycanı həzm edə bilmir-DEPUTAT

İrandakı molla rejimi Azərbaycanı həzm edə bilmir-DEPUTAT


İranın molla rejiminin bu ölkədə yaşayan 40 milyon azərbaycanlıya qarşı ayrı-seçkilik, ikili münasibət, daha konkret desəm, qeyri-insani davranışı illərdir davam edir. İranda azərbaycanlıların nəinki təhsil, eləcə də bütün hüquqları birmənalı şəkildə tapdalanır. Öz hüquqları uğrunda mübarizə aparan insanlar təqib edilir, vəhşicəsinə öldürülür, qətlə yetirilir, həbsxanalara salınır. Bu ölkədə yaşayan əhalinin əksər hissəni təşkil edən soydaşlarımızın ana dilində təhsil almasına, ana dilindən istifadəsinə qadağa qoyulur.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Jalə Əhmədova səsləndirib. Millət vəkili bildirib ki, İran hökumətinin orada yaşayan azərbaycanlılara qarşı ikili münasibəti yeni deyil:

"10 il bundan öncə Azərbaycan vilayətləri olan Təbriz, Əhər və Heris şəhərlərində 6.2 bal gücündə baş vermiş zəlzələ zamanı da İran hökuməti təbii fəlakətdən zərərçəkənlərə heç bir yardım göstərməmiş, hətta Azərbaycandan və Türkiyədən göndərilmiş yardımları belə sərhəddən buraxmamışdı. Birmənalı şəkildə deyə bilərəm ki, İrandakı molla rejimi Azərbaycanı həzm edə bilmir. Bu da 44 günlük Vətən müharibəsində Azərbaycanın Zəfər qazanmasından sonra özünü daha çox büruzə verir. Ölkəmizin Vətən müharibəsindən sonra dünya siyasi arenasında nüfuzunun artması İranı son dərəcə narahat edib. İsalm ölkəsi olan İran, istər 30 illik erməni işğalı zamanı, istərsə də 44 günlük Vətən müharibəsində daim ermənilərin yanında olub, açıq və gizli şəkildə dəstək göstərib. Hansı ki, ermənilər bu illər ərzində islam dininə aid olan bütün müqəddəs abidələri məhv edib, dağıdıb, murdarlayıblar, məscidlərimizdə donuz saxlayıblar".

Deputat qeyd edib ki, ermənilərə hərtərəfli dəstək verən İran, bu gün Azərbaycana hədə-qorxu, düşmənçilik mövqeyi sərgiləyir:

"Azərbaycanın güclənməsinə, bölgədə söz sahibi olmasına qısqanclıqla yanaşan, dövlətimizə qarşı müxtəlif təxribatlara əl atan İran bilsin ki, Azərbaycanda din pərdəsi altında iğtişaş yaratmaq və sabitliyi pozmaq cəhdlərinə imkan verilməyəcək".

Anar Əliyev
Xəbəri paylaş