Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mətbuat Güneydəki soydaşlarımıza diqqəti artırmalıdır -ÖZƏL

Mətbuat Güneydəki soydaşlarımıza diqqəti artırmalıdır


“Azərbaycan mediası İranda baş verənləri diqqətdə saxlamalı, güneyli soydaşlarımızın istək və tələblərinin nədən ibarət olduğunu öz imkanıarından istifadə edərək beynəlxalq ictimaiyyətə çatdırmalıdır. Hazırkı situasiyada güneyli soydaşlarımıza verilən siyasi və mənəvi onların mübarizəsinə daha da stimul qatmış olar”.

Bu fikirlər Newscenter.az-a “Türk Dünyası Media Əməkdaşlıq Alyansı” İctimai Birliyindən daxil olub. Təşkilat bildirir ki, İran rejimi getdikcə güclənən etiraz aksiyaları fonunda ölkədə sosial şəbəkələrdən istifadəyə qadağa tətbiq edib, internetin verilməsinə problemlər yaratdığından İran adlanan ölkədə nələrin baş verdiyindən beynəlxalq aləm o qədər də məlumatlı deyil:

“Ona görə də hesab edirik ki, Azərbaycan mediası mümkün qədər bu məsələyə daha çox diqqət ayırmalı, güneyli soydaşlarımızın haqq və hüquqlarının, molle rejimindən tələblərinin nədən ibarət olduğunu dünyaya çatdırmaq üçün malik olduğiu imkanlardan istifadə etməlidir”.

İctimai Birliyin qənaətincə, hazırda İran çox ciddi problemlərlə qarşı-qarşıyadır və bu ölkənin parçalanması günü yaxındadır.

R.Mehdiyeva
Xəbəri paylaş