Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Minsk Qrupu artıq heç nəyə yaramır -ÖZƏL

Minsk Qrupu artıq heç nəyə yaramır


Artıq Birləşmiş Ştatlar da ATƏT-in Minsk Qrupunun olmadığını etiraf etmək məcburiyyətində qalıb. Hər halda ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Rikerin son açıqlaması belə deməyə əsas verir. Belə ki, Filip Riker ABŞ Senatının Beynəlxalq münasibətlər komitəsinin təşkil etdiyi “ABŞ-ın Qafqazdakı siyasətinin qiymətləndirilməsi” mövzusunda müzakirələr zamanı artıq ATƏT-in Minsk qrupunun olmadığını etiraf etməyin vaxtı çatdığını bildirib. O, Minsk qrupu mexanizminin artıq işləmədiyini deyib.

Məsələ ilə bağlı fikirlərini bildirən politoloq Vüqar Əhmədov Newscenter.az-a deyib ki, Minsk Qrupu indi deyil, iki il bundan əvvəl, yəni 44 günlük Qarabağ savaşından sonra dağıldı:

“Sadəcə bunu əvvəl etiraf etmək istəmirdilər. Bu dövlətlər özləri də gördülər ki, Minsk Qrupu artıq heç nəyə yaramır. Əvvəllər Minsk Qrupunda təmsil olunan hər üç ölkənin Qarabağ məsələsi üzrə maraqları üst-üstə düşürdü, mümkün qədər münaqişəni uzatmağa çalışırdılar, indi isə situasiya dəyişib, regionda yaranan yeni konfiqurasiya nizamlanma prosesində real və təxirəsalınmaz addımlar tələb edir, ona görə yeni aktorlar meydana gəlib”.

Politoloq qeyd edib ki, hazırda gedən danışıqlar üzrə əsas moderator rolunda Avropa İttifaqı çıxış edir:

“ABŞ-ın da Qafqazda rolu artmaqdadır və Qafqaz uzrə xüsusi nümayəndənin təyin olunması buna bariz nümunədir”.

Mehman
Xəbəri paylaş