Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtdakı tıxac probleminə təhsil müəssisələri SƏBƏB OLUR? -ÖZƏL

Paytaxtdakı tıxac probleminə təhsil müəssisələri SƏBƏB OLUR?


Paytaxt Bakının tıxac problemi hər gün daha drammatik xarakter daşıyır. Mövcud problemin aradan qaldırılması məqsədilə irəli sürülən təklf və təşəbbüsləri isə indiki vəziyyətdə həyata keçirmək qeyri-mümkün görünür.

Bir çoxları hesab edir ki, paytaxtdakı tıxaca əsas səbəb təhsil müəssisələridir və ali təhsil müəssisələri əyalətə köçürülsə, eləcə də Bakı ətrafında orta təhsil müəssisələrinin sayı artırılsa tıxac problemi nisbətən aradan qalxar.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, Bakı ətrafı ərazilərdə məktəbə əlçatanlığın təmin olunması, həmin ərazilərdəki mövcud məktəblərdə şəraitin yaxşılaşdırılması istiqamətində ciddi işlər görülməlidir. Newscenter.az-a ekspert bildirib ki, eyni zamanda şəhərdəki bəzi məktəblərin digərlərinə nisbətdə daha prestijli olması həm faktiki olaraq, həm də oturuşmuş düşüncə olaraq aradan qaldırılmlıdır:

"Bəzi xüsusi məktəblər, məsələn, təmayüllü məktəblər, özəl liseylər və s. var ki, onlara uzaq məsafələrdən nəqliyyatla gəlmə zərurəti qalacaq. Onlar üçün ictimai nəqliyyatdan istifadə təşviq edilməli, ictimai nəqliyyatla problem olan hallarda isə mərkəzləşdirilmiş qaydada, təhlükəsizlik tələbləri təmin olunmaqla “Məktəb avtobusları” təşkil edilməlidir".

Mehman
Xəbəri paylaş