Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyevin iştirakı ilə YAP-ın 30 illik yubileyi qeyd edilir -ÖZƏL

Prezident İlham Əliyevin iştirakı ilə YAP-ın 30 illik yubileyi qeyd edilir


Bu dəqiqələrdə Heydər Əliyev Mərkəzində hakim Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illik yubiley tədbiri keçirilir.

Newscenter.az xəbər verir ki, yubiley mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutur. Dövlət başçısı mərasimdə çıxış edib.

Qeyd edək ki, YAP-ın yubiley tədbirində Türkiyənin hakim partiyasının nümayəndə heyəti də iştirak edir. Bundan başqa Milli Məclisin deputatları, YAP fəalları, eləcə də ölkənin ictimai-siyasi həyatında tanınan insanlar, siyasi partiya rəhbərləri YAP-ın yubiley tədbirində qonaq qismində iştirak edib.

Anar Əliyev
Xəbəri paylaş