"İran Azərbaycanın varlığına, bütövlüyünə xüsusilə xalqımızın milli kimliyinə düşmən siyasəti aparır. Bu siyasət olub və bundan sonra da daima olacaq".
Newscenter.az-a politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, bunu biz bir daha İranın Ali dini rəhbərinin müşaviri Vilayətinin yazdığı açıqlamada gördük:
"O, məqaləsində Azərbaycanı İran və xalqımızı iranlı adlandırır. Onun bu fikirləri heç də İran rəhbərliyinin Azərbaycanla əlaqələrin normallaşdırılmasına hesablanmayıb. Bizim üçün Güney Azərbaycan məsələsi strateji siyasət olmalı və bu siyasət Güney Azərbaycanın İstiqlaliyyətinə söykənməlidir".
Politoloq deyib ki, Azərbaycanı təhdid edən SEPAH-ı (İran İnqilab Keşikçiləri Korpusu) terror təşkilatı kimi tanımalıyıq.
Anar Əliyev