Türkiyənin İstanbul şəhərinin Bəyoğlu rayonunun mərkəzi İstiqlal prospektində (Taksim məhəlləsi) baş verən terrorla bağlı daha 5 nəfər həbs edilib.
Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Onların arasında “Hüsam” kod adlı terrorçu da var.
Bununla da terror aktı ilə bağlı həbs edilənlərin sayı 24-ə çatıb.
Xatırladaq ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.