Türl Dövlətləri Təşkilatının formalaşması, yaranması istiqamətindəki fəaliyyətləri iki mərhələyə bölmək olar. Bu barədə Newscenter.az-a açıqlama verən Bütöv Azərbaycan Ocaqlarının Türk dünyası ilə əlaqələr üzrə sədr müavini Faiq Ələkbərli deyib ki, birinci mərhələ 1991-ci ildən 2021-ci ilə qədər olan dövrü, ikinci mərhələ isə 2021-ci ildən hazırkı vəziyyətə qədər olan müddəti əhatə edir.
BAO təmsilçisi qeyd edib ki, birinci mərhələni türk dünyasının dirilişi mərhələsi kimi də xarakterizə etmək olar:
“Birinci mərhələdə əsasən sosial, iqtisadi, mədəni əlaqələr ön plana keçirdi. Bura ortaq tarix, ortaq əlifba, ortaq mədəniyyətin formalaşdırılması kimi amillər daxil idi. 2021-ci ildən sonra isə bu istiqamətdə ikinci mərhələ başladı”.
Faiq Ələkbərli qeyd edib ki, bu mərhələdə ən diqqət çəkən məqam Türk Dövlətləri Təşkilatının yaranması və onun artıq siyasi və beynəlxalq müstəviyə keçməsidir.
Anar Əliyev