Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyənin dünyada aktiv bir aktora çevrilməsi bəzi dövlətlərin xoşuna gəlmir -ÖZƏL

Türkiyənin dünyada aktiv bir aktora çevrilməsi bəzi dövlətlərin xoşuna gəlmir


“Türkiyə haqlı olaraq bölgədə və dünyada dəyişən proseslərdə aktiv bir aktor kimi öz yerini almaq istəyir və xarici siyasətində artıq bunu açıq şəkildə dilə gətirir. Bu da düşünürəm ki, regionda maraqları olan bəzi dövlətlərin, xüsüsən də dünyanı dərəbəylik sistemi ilə idarə etməkdən zövq alan, getdiyi hər yerə demokratiya yox, qan-qada, xaos və anarxiya aparan dövlətlərin xoşuna gəlmir”.

Bu fikirləri Newscenter.az-a Anka Turk Birliyinin sədri, Zəfər Partiyasının mərkəzi idarə heyətinin üzvü Dr.Derya Akdemir səsləndirib. Onun sözlərinə görə, çünki, onların istədiyi zəif, gücsüz, regionda maraqları olmayan, sadəcə buyruq qulu olan bir Türkiyədir:

“Anlamaq istəmirlər ki, artiq bundan sonra belə bir Türkiyənin mövcudluğu onun tarix səhnəsindən silinməsinə gətirib çıxara bilər. Amma təbii ki, Türkiyə xarici siyasətində müstəqil xətti inamla və ardıcıllıqla həyata keçirir. Məsələn, biz bunu İsraillə münasibətlərdə və Rusiya ilə olan sabit əlaqələrdə gördük”.

Anar Əliyev
Xəbəri paylaş