Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP-ı ölkənin digər siyasi partiyalarından fərqləndirən əsas cəhət, güclü liderinin olmasıdır -ÖZƏL

YAP-ı ölkənin digər siyasi partiyalarından fərqləndirən əsas cəhət, güclü liderinin olmasıdır


Yeni Azərbaycan Partiyasını ölkənin digər siyasi partiyalarından fərqləndirən əsas cəhət, birmənalı olaraq, güclü liderinin olmasıdır.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib. Millət vəkili bildirib ki, partiyanın yaradıcısı, Ulu Öndər Heydər Əliyev, onun layiqli davamçısı Prezident İlham Əliyev, Azərbaycan xalqının yetişdirdiyi ən güclü, dünya siyasətində özlərini təsdiq etmiş liderlərdir:

"Onların rəhbərliyi ilə, YAP təkcə ölkənin deyil, beynılxalq əlaqələrə malik, regionun ən nüfuzlu siyasi partiyasına çevrilib".

Nəsib Məhəməliyev qeyd edib ki, hər bir siyasi partiya üçün əsas göstərici, ölkədə keçirilən seçkilərdə, referendumlarda qalib gəlməkdir:

"993-cü ildən bəri, Azərbaycanda keçirilən bütün siyasi tədbirlərin mütləq qalibi Yeni Azərbaycan Partiyasıdır. Bu da o deməkdir ki, YAP xalqın etimadını doğruldur".

Anar Əliyev
Xəbəri paylaş