Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP-ı ölkənin digər siyasi təsisatlarından fərqləndirən başlıca cəhət onun xalqın partiyası olmasıdır -ÖZƏL

YAP-ı ölkənin digər siyasi təsisatlarından fərqləndirən başlıca cəhət onun xalqın partiyası olmasıdır


“Yeni Azərbaycan Partiyası 30 il ərzində şərəfli, şərəfli olduğu qədər də çətin və keşməkeşli bir yol keçib. Qadağalara, maneələrə baxmayaraq ümummilli lider Heydər Əliyev Yeni Azərbaycan Partiyasını təsis edərək onu qısa müddət ərzində ölkənin ictimai-siyasi həyatında fəal siyasi qüvvəyə çevirə bilib”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının üzvü İqbal Məmmədov səsləndirib. Millət vəkili bildirib ki, YAP-ı ölkənin digər siyasi təsisatlarından fərqləndirən başlıca cəhət onun xalqın partiyası olmasıdır:

“Bunun ən bariz nümunəsi ölkədə keçirilən hər bir seçkilərdə xalqın mütləq əksəriyyətinin məhz Yeni Azərbaycan Partiyasına, yaxud onun namizədinə səs verməsidir”

İqbal Məmmədov onu da qeyd edib ki, məhz bütün bunlardan dolayı YAP sözün həqiqi mənasında zəfərlər partiyası kimi tanınır:

“Bu zəfərlərdən ən alisi, ən yadda qalanı isə təbii ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər oldu. Məhz bu qələbəni də bizə, Azərbaycan xalqına hakim Yeni Azərbaycan Partiyasının sədri, Cənab Prezident İlham Əliyev və onun müzəffər ordusu bəxş etdi”.

“Bu gün Yeni Azərbaycan Partiyası ümummilli lider Heydər Əliyevin ideyaları, müəyyənləşdirdiyi yolu uğurla davam etdirir” İqbal Məmmədovun sözlərinı görə, məhz bu yol Azərbaycan xalqını bundan sonrakı illərdə də daha neçə-neçə uğurlara, zəfərlərə aparacaq:

“Çünki Azərbaycan dövlətinin inkişafı, xalqın rifah halının yaxşılaşdırılmasında hakim partiyanın müstəsna rolu, fəaliyyəti var. Azərbaycan xalqı da bu fəaliyyəti yüksək qiymətləndirərək haqlı olaraq hər seçkidə YAP-a səs verməklə yola onunla davam etməyi qərarlaşdırır”.

Anar Əliyev
Xəbəri paylaş