Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP-ın yaranması ilə Azərbaycanın tarixində yeni dövr başladı -ÖZƏL

YAP-ın yaranması ilə Azərbaycanın tarixində yeni dövr başladı


"Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixin başlanğıc nöqtəsi sayılır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası dövlətimizin ictimai-siyasi həyatına daxil oldu və bununla da Azərbaycanın tarixində yeni dövr başladı".

Newscenter.az xəbər verir ki, bu fikirləri
Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" İB-nin sədri Lamiyə İsazadə səsləndirib. O bildirib ki, Yeni Azərbaycan Partiyasının yaradılması dövlətimizin siyasi tarixinin ən parlaq səhifələrindən biri oldu:

"Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən YAP ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib.
Möhtərəm Prezident cənab İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbi də 30 il bundan əvvəl yaranan Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək, bir yumruq kimi dövlətimizin başçısının ətrafında sıx birləşəcəkdir.
Yeni Azərbaycan Partiyasının 30 ildə keçdiyi inkişaf yolu, partiyanın ümummilli liderinin ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etməsi, dövlətçiliyimizin möhkəmlənməsinin və Azərbaycanın dinamik inkişafına öz töhfələrini verməsinin nəticəsidir ki, biz bu gün güclü, nüfuzlu bir dövlətə sahibik. YAP fəaliyyəti dövründə müstəqil Azərbaycanın inkişafında son dərəcə mühüm rol oynayıb, dövlətçiliyimizin, dövlət müstəqilliyimizin qarantı olub"

Təşkilat sədri deyib ki, ölkəmiz bu gün bir sıra nüfuzlu regional və beynəlxalq təşkilatların üzvüdür:

"Xarici siyasətində ikitərəfli əlaqələrin qurulmasına, inkişafına xüsusi önəm verən dövlətimizin beynəlxalq təşkilatlarla münasibəti də ən yüksək səviyyədədir.
Biz əminik ki, bundan sonra da Yeni Azərbaycan Partiyası yeni reallıqlar, həmçinin dövlətin qətiyyətli siyasəti, xalqın sarsılmaz həmrəyliyi fonunda öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməklə Azərbaycanın növbəti tarixi nailiyyətlər qazanmasına və strateji zirvələr fəth etməsinə layiqli töhfəsini verəcəkdir"..

Anar
Xəbəri paylaş